AZ

Məlahət İbrahi̇mqızı Milli Məclisin iclaslarına qatılmayacaq? Özü açıqladı

Olke.az saytına istinadən ain.az xəbər verir.

Deputat Məlahət İbrahimqızı ayağının sınması və bu səbəbdən Milli Məclisin iclaslarına qatılmayacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Millət vəkili Ölkə.Az-a açıqlamasında hadisənin 3-4 ay əvvəl baş verdiyini, hazırda səhhətinin qaydasında olduğunu söyləyib. O, parlamentin iclaslarına qatılmayacağı barədə məlumatları təkzib edib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə M.İbrahimqızının ayağını sınması və Milli Məclisin iclaslarına oktyabrdan qatılacağı barədə məlumatlar yayılıb.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
olke.az

2Mənbələr