BAKI, 16 sentyabr. TELEQRAF
İsrail Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımı olduğunu iddia edən BMT-nin beynəlxalq komissiyasının hesabatını qəti şəkildə rədd edir.
Teleqraf xəbər verir ki, bu barədə hesabatı “HƏMAS-ın yalanı” adlandıran İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
İsrail tərəfinin fikrincə, bu sənədi hazırlayan komissiya dərhal buraxılmalıdır.
“Hesabat tamamilə HƏMAS-ın yuyulmuş və təkrarlanan yalanlarına əsaslanır. Bu uydurmalar və soyqırımı ilə bağlı yalan iddialar müstəqil və dərin akademik tədqiqatlar sayəsində tamamilə təkzib edilib”, - İsrail Xarici İşlər Nazirliyi vurğulayıb.