Xüsusi hərbi əməliyyat zonasının Xerson və Zaporojye istiqamətlərində ukraynalı hərbçilər həftədə bir neçə dəfə Rusiya tərəfi ilə əlaqə saxlayır və Rusiya Silahlı Qüvvələrindən təslim olmaq üçün dəhliz təşkil etməyi xahiş edirlər.
Herbiand.az bildirir ki, bu barədə Rusiyanın təhlükəsizlik orqanlarından TASS-a məlumat verilib.
Agentliyin mənbəsinin sözlərinə görə, əsasən Ukrayna Silahlı Qüvvələrinin nizami bölmələrinin sıravi əsgərləri silahı yerə qoyub təslim olmaq qərarına gəlirlər.
Təhlükəsizlik orqanlarındakı mənbə qeyd edib ki, təslim olmaq barədə qərar tez-tez verilir: “Həftədə bir neçə dəfə bir neçə ukraynalı hərbçi müxtəlif kanallar vasitəsilə müdafiə xəttini təhlükəsiz keçmək və təslim olmaq üçün dəhliz təşkil etmək xahişi ilə əlaqə saxlayır”.
Mənbə onu da qeyd edib ki, bir çox ukraynalı hərbçilər bu imkandan məhrumdurlar: “Çünki onlar öz mövqelərini tərk edərək rus bölmələrinin yerləşdiyi yerə çatmaq istəyəndə öz pilotsuz təyyarələri və ya Ukrayna artilleriyası tərəfindən hücuma məruz qalırlar”.
Bəxtiyar CƏFƏRLİ