RU

Özəl sektorda bu normaları əsas götürsün! - Komitə sədri

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. 

Məsələ Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsində öz əksini tapıb. 

Modern.az-ın məlumatına görə, komitə sədri Siyavuş Novruzov iclasda bildirib ki, bu normaları özəl sektor nümayəndələri də əsas götürməlidir.

"İaşə, müəssə, ticarət obyektlərində dövlət dilinin tələblər nəzərdə tutulmaldır. Bəzən görürük ki, birinci ingilis, rus, ərəb dilində yazıb, sonra Azərbaycan dilində məlumat verirlər. Dövlət dili norması əsas dil norması kimi qalacaq və biz tövsiyə edirik ki, bunu özəl müəssələr də tətbiq etsin” – deyə o qeyd edib.

Избранный
56
11
modern.az

3Источники