RU

Türkiyəli aktyorun intihar iddiaları təkzib edildi

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Ufuk Özkanın intihar cəhdi səbəbilə xəstəxanaya qaldırıldığı iddia olunub.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, "TiyatroTR" aktyorun səhhəti ilə bağlı açıqlama yayaraq, intihar iddialarını təkzib edib.

Bəyanatda bildirilib ki, sənətçi uzun müddətdir istifadə etdiyi dərmanların təsirinə görə sadəcə nəzarət məqsədilə xəstəxanaya gedib. 

“Sənətçımız həkimlərin məsləhəti ilə yalnız müşahidə üçün 48 saatlıq xəstəxana nəzarətində saxlanılacaq və bu müddət bitdikdən sonra evə buraxılacaq. Vəziyyəti yaxşıdır və həyati təhlükə yoxdur”, – açıqlamada deyilir.

Həmidə İbrahimova

Избранный
33
1
olke.az

2Источники