RU

DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var

Biləsuvar rayonunda polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Olaylar.az-a verilən məlumata görə, həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb.

Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
51
21
olaylar.az

10Источники