RU

Biber qazı ilə özünü müdafiə etdi: Yol vermə mübahisəsi əlbəyaxa çevrildi

İstanbulun Gaziosmanpaşa rayonunda yol vermə səbəbindən motosikletli iki şəxs ilə avtomobil sürücüsü arasında mübahisə yaranıb.

News365.az xəbər verir ki, Motosikletlilər avtomobildən düşərək sürücünün avtomobilinə dəfələrlə sopalarla vurublar. Avtomobil sürücüsü isə yanında olan biber qazından istifadə edərək hücum edənlərə qarşılıq verib. Daha sonra sürücü avtomobildən düşərək sopalı hücum edənləri qovub.

Hadisə digər bir sürücü tərəfindən mobil telefon kamerasına qeydə alınıb.

Olayla bağlı araşdırma başlanıb.

News365.az 


Избранный
21
news365.az

1Источники