RU

Abdulla Xaybullayev: Bundan razı qaldığımızı demək çətindir

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Hər iki komanda qalib gəlmək istəyirdi. Bərabərsəviyyəli oyun oldu. Fikrimcə, yekun nəticə əldalətli idi". Bu sözləri Sport24.az-a açıqlamasında Abdulla Xaybullayev deyib.

24 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə matçda bir xal qazanmasını şərh edib:"Meydana qələbə üçün çıxmışdıq. Oyuna əsaslansaq, bir xal qazandığımızı deyə bilərəm. Amma bundan razı qaldığımızı demək çətindir". Yaxşı komandamız var. Fikrimcə, bu komandanın potensialı ən yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verir. İnanıram ki, belə də olacaq. Hər birimiz bunun üçün çalışırıq. Növbəti turda rəqibimiz "Turan Tovuz"dur. Hazırda çox yaxşı formadadırlar. Bizi çətin oyun gözləyir. Ümumiyyətlə, çempionatda heç bir oyun asan keçmir. Çox güman bu matç da istisna olmayacaq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı oyundan 3 xalla ayrılaq və azarkeşlərimizi sevindirək".

Qeyd edək ki, ötən bazar baş tutan "Neftçi" - "Sabah" matçı qosuz heç-heçə ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
1
sport24.az

2Источники