RU

Altı təhsil müəssisəsində akkreditasiya aparılacaq

BAKI, 16 sentyabr. TELEQRAF

“Bu ilin ikinci yarısında daha 6 təhsil müəssisəsində akkreditasiya aparılacaq”.

Teleqraf xəbər verir ki, 2025-ci təqvim ilinin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 6 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universitetində qiymətləndirmə aparılıb.

Bununla yanaşı, “Məktəbəqədər təhsil” ixtisası üzrə proqram akkreditasiyası da 7 ali təhsil müəssisəsində həyata keçirilib.

Избранный
66
teleqraf.com

1Источники