RU

Zəngəzur dəhlizinin tikintisi 95% icra olunub

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 95% icra olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, uzunluğu 123,6 km olan əsas yolun tikintisi hazırda 95% səviyyəsində tamamlanıb.

Məlumata görə, Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.

• Yolun eni: 14–21 metr

• Torpaq yatağının eni: 21,5–29,5 metr

• Hərəkət zolaqlarının sayı: 4–6

Qeyd edilib ki, bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.

Избранный
49
17
operativmm.az

10Источники