RU

AQTA xəstəliklərlə əlaqədar bəzi ölkələrdən malların idxalına məhdudiyyət qoyub

AQTA

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Bjelovar-Biloqora bölgəsində, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən 1news.az-a verilən məlumata görə, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Избранный
32
21
1news.az

10Источники