BAKI, 16 sentyabr. TELEQRAF
Artan sərnişin tələbatını qarşılamaq məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sentyabrın 20-də Bakı–Ağstafa, 21-də isə Ağstafa–Bakı marşrutu üzrə əlavə sərnişin qatarları fəaliyyət göstərəcək.
Teleqraf xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Sərnişinlər eyni zamanda, Bakı–Qazax–Bakı istiqamətində hər gün ənənəvi qrafiklə səfər edə bilərlər.
Qatarların hərəkət cədvəli və biletlərlə bağlı ətraflı məlumatı ADY-nin rəsmi www.ady.az saytı, “ADY Mobile” tətbiqi, dəmiryol kassaları və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.