RU

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Qətərin paytaxtı Dohada 22-si ərəb ölkəsi olmaqla, 57 müsəlman dövləti İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında birləşərək, İsrailin ünvanına sərt çıxışlar etdilər. Dohadan səslən haylı-küylü bəyanatların əks-sədası çəkilməmiş İsrail ordusu Qəzza üzərinə hücuma başladı. Üstəlik İsrail bunu Çin və Qətəri təhdid edərək gerçəkləşdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib. “57 islam dövlətinin fövqəladə toplantısından bir neçə saat sonra İsrailin Qəzzaya hücuma başlaması islam aləminin nə qədər dişsiz olduğunu göstərir. Digər diqqət çəkən bir məqam İsrailin Qəzzaya hücumunun ABŞ Dövlət katibi Marko Rubionin Təl-Əvivə gəlişinə təsadüf etməsidir. “Axios” nəşrinin məlumatına görə, Rubio ABŞ-ın İsrailin Qəzzaya hücumunu dəstəklədiyini, ancaq əməliyyatın qısa zamanda tamamlanmasını istədiyini bildirib”, - o vurğulayıb. Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında iştirak etməməsi çox doğru addımdır:

“Azərbaycan daha çox ABŞ-la imzalanacaq Strateji Tərəfdaşlıq Xartiyasına, bu xartiyanın üzərində “Xəzər asayişi” Alyansının yaradılmasına, Böyük Britaniya ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətləri strateji müttəfiq səviyyəsinə çatdırmaq üçün çalışmalıdır”.

Избранный
32
2
buta.tv

3Источники