RU

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təxirə salıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketini 17 sentyabr çərşənbə günü təqdim etməyəcək, onun qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb.

NOCOMMENT.az bildirir ki, bu barədə Politico xəbər verir.

“Rusiyaya qarşı yeni sanksiyalar paketinin artıq çərşənbə günü təqdim edilməsi planlaşdırılmır, avropalı diplomat və Aİ-yə üzv ölkələrdən birinin rəsmisi bildirib”, – nəşr yazır.

Xəbər verildiyi kimi, Aİ liderləri və ABŞ prezidenti Donald Tramp Slovakiya və Macarıstana Rusiya neftindən asılılığını azaltmaq üçün təzyiqləri artırdığı üçün daha bir məhdudiyyət paketinin qəbulu gündəmdən çıxarılıb .

Bundan əvvəl Avropa Komissiyasının sentyabrın 17-də Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin layihəsini təqdim etməyə hazır olduğu bildirilirdi.

Избранный
78
50
nocomment.az

10Источники