RU

Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sayı artırılır, səlahiyyət müddəti müəyyənləşdirilir

Vəkillərin İxtisas Komissiyası üzvlərinin sayı artırılır.

Olaylar.az məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyətləri artırılır

Layihəyə əsasən, Vəkillərin İxtisas Komissiyası 7 vəkil, 3 hakim və 3 hüquqşünas alimdən, ümumilikdə isə 13 üzvdən ibarət olmaqla fəaliyyət göstərəcək.

Həmçinin, Vəkillərin İxtisas Komissiyasının səlahiyyət müddəti 5 il olacaq.

Mövcud qanunvericiliyə əsasən, İxtisas Komissiyası 5 vəkil, 3 hakim və 3 hüquqşünas alimdən, ümumilikdə isə 11 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
2
olaylar.az

3Источники