RU

Tramp yenə öz planlarını tətbiq edir - FED-lə bağlı VACİB QƏRAR

ABŞ Senatı Stiven Miranı FED-in İdarə Heyətinə təsdiq edib.


Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ Senatı 48-47 səslə Stiven Miranı Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasına təsdiq edib. ABŞ prezidenti Donald Trampın baş iqtisadi müşaviri olan Miran indi ABŞ-ın faiz dərəcələrini təyin edən qurum olan 12 üzvdən ibarət FOMC-də xidmət edəcək. Miran, səlahiyyət müddəti 2026-cı ilin yanvarında başa çatmasına aylar qalmış avqust ayında istefa vermiş Adriana Kuqlerin boşalan kreslosunu dolduracaq.

Səsvermə FED-in pul siyasəti ilə bağlı növbəti addımlarını müəyyən etmək üçün bu gün başlayacaq VƏ Vaşinqtonda keçiriləcək iclasından əvvəl keçirilir. Miran da səsvermədə iştirak edəcək.

Избранный
27
manset.az

1Источники