RU

İsrail Livana hücum etdi

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində 12 mülki şəxs yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-da yayımlanan Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin Nəbatiyyə şəhərini hava hücumu ilə hədəf aldığı bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində 4-ü uşaq və 7-si qadın olmaqla 12 mülki şəxs yaralanıb və yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Yaralı uşaqlardan ikisinin vəziyyətinin kritik olduğu bildirilib.

NNA, həmçinin İsrailin cənub sərhədinə yaxın bölgədə yerləşən Yater qəsəbəsini də pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığını açıqlayıb.

İsrail ilə Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubuna demək olar ki, hər gün hücumlar təşkil edir.

İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi 5 strateji təpədə işğalını davam etdirir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
cebheinfo.az

2Источники