RU

Rusiya ordusu yaxınlaşır: Ukrayna bu böyük şəhəri boşaldır

Kiyev Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətinin ən böyük şəhərinə yaxınlaşmasından ehtiyat edir. Ona görə də, Ukrayna hakimiyyəti Zaporojya şəhərinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan cənub hissəsinin boşaldılması planlarını hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Nəşr bildirir ki, bu barədə Rusiya İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov danışıb.

“Vladimir Zelenski administrasiyası Rusiya ordusunun yaxınlaşmasından ehtiyat edərək, Zaporojye şəhərinin cənub hissəsi olan Kommunarski rayonunu boşaltmağa hazırlaşır”, - Roqov deyib.

Onun sözlərinə görə, artıq Kiyevdə evakuasiyanı həyata keçirmək üçün polis və digər fövqəladə xidmətlərdən ibarət qrupların yaradılması barədə göstəriş verilib.

Избранный
48
publika.az

1Источники