RU

Cinayətlə əldə edilən əmlakı leqallaşdırma ilə bağlı cərimələr sərtləşdirilir

Bakı. Trend:

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlısanksiyalar sərtləşdirilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan CinayətMəcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində özəksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyinibilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlarasərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olanhüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsivə ya gizlədilməsi 4 min manatdan 8min manatadək miqdarda cərimə və ya 3ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə2 ildən 5 ilədək müddətəazadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, bu cinayət cinayətinpredmetinin dəyərinin 50 faizindən 70 faizinədəkmiqdarında cərimə və ya 5 ilədək müddətə müəyyən vəzifə tutma və yamüəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və yaedilməməklə 2 ildən 5 ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Избранный
15
11
az.trend.az

10Источники