Gələn il dövlət büdcəsində səhiyyə xərclərinə 2 milyard 52.4 milyon manat ayrılması proqnozlaşdırılır.
Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.
Beləliklə, səhiyyə xərclərinin büdcədə xüsusi çəkisi 4,9 faiz olacaq.
Səhiyyə xərcləri 2025-ci illə müqayisədə 58,9 milyon manat, yaxud 2,9 faiz qədər çox olacaq. 2025-ci ildə büdcədə səhiyyə xərcləri 1 milyard 993, 5 milyon manat nəzərdə tutulub.