RU

Kadırov Ukrayna kəşfiyyatını aldadıb: Oğurlanan damazlıq atını belə qaytarıb

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Zazu adlı damazlıq ayğırının qaytarılması əməliyyatının təfərrüatlarını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Atın oğurlanması ilə bağlı hadisə 2023-cü ilin martında Çexiyada baş verib.

Kadırovun sözlərinə görə, onun nümayəndələri Ukrayna kəşfiyyatının (SBU) zabitləri ilə danışıqlara girib, heyvanın qaytarılması üçün onlara 18 min dollar nağd pul vəd edilib.

“Onlar mənim adımdan danışıq apardıqlarını açıq şəkildə bildirdilər və nağd ödənişə söz verildi. Onlar öz üzərinə düşən işi kifayət qədər tez yerinə yetirdilər, lakin biz ödəniş etmədik və atı götürdük”, - Çeçenistan rəhbəri qeyd edib.

Избранный
48
publika.az

1Источники