RU

Sərhədləri aşan diplomatiya: Azərbaycanın sülh və etimad körpüləri

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Son onilliklərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyini möhkəmləndirərək, regionda sabitlik və əməkdaşlıq nümunəsi təqdim edən mühüm aktora çevrilib.

Xarici siyasət kursumuzun əsasını təşkil edən prinsiplər  ölkəmizin diplomatik uğurlarının bünövrəsini formalaşdırır. Bu istiqamətdə atılan strateji addımlar təkcə ikitərəfli münasibətləri deyil, həm də çoxtərəfli əməkdaşlıq platformalarını gücləndirib, Azərbaycanı həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanıdıb. Bu proseslər yeni bir regional sistemin qurulmasına, sülhün möhkəmlənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, son illərdə müxtəlif tərəflərin anlaşması və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi nəticəsində Azərbaycan xarici siyasətdə mühüm nailiyyətlər əldə edib:

"İqtisadi müstəqilliyimizin möhkəmlənməsi, tarixi zəfərlərimiz və eyni zamanda 23 ildir davam edən proseslərin nəzarətdə saxlanması, ölkəmizin strateji mövqeyini gücləndirmişdir. Bu uğurlar yalnız iqtisadiyyatda deyil, müdafiə, diplomatiya və regional əməkdaşlıq sahələrində də özünü göstərib. Böyük hədəflərimizə doğru atılan inamlı addımlar gələcək inkişafın təməlini qoyur. Azərbaycanın xarici siyasət konsepsiyasını formalaşdıran əsas prinsiplərdən biri dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyi və ərazi bütövlüyünü qorumaqdır. Bu prinsiplər üzərində qurulan münasibətlər beynəlxalq gündəlikdə Azərbaycanın mövqeyini möhkəmləndirir, inamlı tərəfdaşlıq nümunəsi yaradır və qarşılıqlı etimadı artırır".

Aytən Qurbanova: Əməkdaşlıq mühitində Azərbaycanın rolu artıb

Onun sözlərinə görə, tarixi sazişlər, mühüm bəyanatlar və regional təşəbbüslər Azərbaycanın sülh və sabitliyin təminatçısı kimi rolunu nümayiş etdirir. Bu, ölkəmizin yalnız öz maraqlarını deyil, eyni zamanda regional və qlobal təhlükəsizlik maraqlarını da qorumağa sadiqliyinin göstəricisidir:

"Xarici siyasətimizin çoxşaxəli xarakteri ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradıb. Müxtəlif beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən bu yanaşma, əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı faydanın artırılması üçün möhkəm zəmin formalaşdırıb".

Politoloq onu da əlavə edib ki, 30 ilə yaxın davam edən münaqişələrə son qoyulması və yeni münasibətlərin qurulması istiqamətində atılan addımlar, regionda sabitlik və inkişaf üçün mühüm zəmin yaratdı. Qələbə qazanmış və iqtisadi gücünü möhkəmləndirmiş Azərbaycan sülh müqavilələrinin imzalanması və əməkdaşlıq təşəbbüsləri ilə dünyada yeni bir model formalaşdırır. Bu model qarşılıqlı hörmət, konstruktiv dialoq və genişmiqyaslı əməkdaşlıq üzərində qurulub:

"Regional münasibətlərdə yeni bir sistemin bünövrəsi məhz Azərbaycanın uzaqgörən siyasəti və prinsipial mövqeyi sayəsində mümkün olmuşdur. Bu baxış təkcə region üçün deyil, qlobal əməkdaşlıq mühitində də Azərbaycanın rolunu və nüfuzunu daha da artırıb. Azərbaycanın müəyyən etdiyi bu istiqamət, gələcək addımlar üçün aydın yol xəritəsi kimi çıxış edir və beynəlxalq münasibətlər sistemində yeni bir mərhələnin əsasını qoyur".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
bakivaxti.az

1Источники