RU

Rusiyanın Ukraynaya gecə hücumu: Ölən və yaralananlar var

Ötən gecə Rusiya Ukraynanın bir sıra şəhərlərinə hücum edib.

Publika.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Zaporojyeyə genişmiqyaslı hücum haqda məlumat verib.

Xilasedicilər qeyd edirlər ki, sentyabrın 16-na keçən gecə düşmən Zaporojyeyə hücum edib. Bir nəfər ölüb, ikisi uşaq olmaqla 13 nəfər yaralanıb.

Bundan əlavə, irimiqyaslı yanğınlar baş verib: yanğın 350 kvadratmetr sahəsi olan üç yaşayış binasını, dayanacaqda iki yük maşını və 600 kvadratmetr sahədə xidmət stansiyasını əhatə edib. "Fəsadların aradan qaldırılmasına 78 xilasedici və 17 texnika cəlb olunub. Hadisə yerində bütün fövqəladə hallar xidmətləri çalışıb. Hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir", - məlumatda deyilir.

Избранный
59
publika.az

1Источники