RU

“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...”- Siyasətçidən gözlənilməz açıqlama...

“Azərbaycan hələ tam olaraq istəklərinə nail olmayıb. Lakin indidən bəzi dairələr “qardaşlaşma”, “qardaş olub Hayastan-Azərbaycan”  tipli addımlar atmağa, şüarlar səsləndirməyə çalışır. Adamlar bilə-bilə bəzi məsələləri qarışdırırlar...”
 
"Bu hadisəni törədən cinayət edib- bu, başqa şeydir. Təbii ki, hüquq-mühafizə orqanları da başqa uyğun addımlar atacaq. Bununla belə, bu adama təşəkkür düşür. Ona görə təşəkkür düşür ki, o, bizlərə hələ şəhidlərimizin qanının qurumadığını, hələ Qarabağın 30 illik işğalıyla bağlı çox məsələnin həll edilmədiyini xatırlatdı.  Biz hələ 30 illik müharibə və onun yaratdığı zərərlərin aradan qaldırılması, bununla bağlı Rusiya və Ermənistanın təzminat ödəməsi məsələsini qaldıra bilmirik.  Yalnız bir neçə məcburi köçkün ailəsi və ya ayrıca şəxslər bu istiqamətdə konkret hüquqi addımlar atıb”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında sentyabrın 14-də Xankəndində erməni əsilli sakinin terrora cəhd etməsindən danışarkən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ifadə edib.
 
“Bir sözlə, Azərbaycan hələ tam olaraq istəklərinə nail olmayıb. Lakin indidən bəzi dairələr “qardaşlaşma”, “qardaş olub Hayastan-Azərbaycan”  tipli addımlar atmağa, şüarlar səsləndirməyə çalışır. Adamlar bilə-bilə bəzi məsələləri qarışdırırlar.  Halbuki, diplomatların və siyasətçilərin görəcəyi işlər fərqlidir. Eləcə də ideoloji işlər ayrıdır. Hər birinin öz xüsusiyyətləri var. Həmçinin Azərbaycan hüquq-mühafizə orqanlarının vəzifələri və işləri bambaşqadır”, -deyə davamında partiya sədri diqqətə çatdırıb. 
 
“Bütün hallarda məlum olay təsadüf hesab edilə bilməz. Hesab edirəm ki, bu, planlı bir işin, bir ssenarinin tərkib hissəsidir. Və əslində burada qeyri-adlı bir vəziyyət yoxdur. Düşmən həmişə düşməndir və biz heç vaxt yatmamalı, ehtiyatlı olmalıyıq. Ona görə ki, düşmən heç zaman uyumaz, yatmaz... Xankəndindəki son hadisə bizə böyük bir ibrət olmalıdır”, -siyasətçi vurğulayıb.
 
Sultan Laçın
 
Избранный
61
1
moderator.az

2Источники