RU

Tramp “The New York Times”a qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırdı

ABŞ prezidenti Donald Tramp “The New York Times“ qəzetini böhtanla bağlı məhkəməyə verib.

 

Bu barədə o, "Truth Social"da məlumat verib.

 

Amerika liderinin sözlərinə görə, "Radikal sol Demokrat Partiyasının ruporu" və ölkənin "tarixinin ən pis qəzetlərindən" biri kimi xarakterizə etdiyi "The New York Times" qəzetinə qarşı böhtan iddiası qaldırmaq onun üçün böyük şərəfdir.

 

Trampın açıqlamasına görə, 15 milyard dollarlıq iddia Florida ştatında açılıb.

 

Ağ Ev rəhbəri nəşri 2024-cü ildə keçiriləcək prezident seçkilərində rəqibini, o vaxtkı vitse-prezident Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, özünə, eləcə də ailə üzvlərinə və ətrafına böhtan atmaqda ittiham edib.

 

APA

Tarix: 16 Sentyabr 2025, 09:21   
Избранный
14
8
pravda.az

10Источники