RU

Faiq Ağayevdən Zümrüdə xəbərdarlıq: Bir il mənə zəng eləmə!

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Faiq Ağayev ATV-də Zümrüd Bədəlovanın təqdimatında yayımlanan "Gün ortası" verilişinin yeni mövsümünün ilk buraxılışında qonaq olub.

AZXEBER.COM xəbər verir ki, verilişin sonuna yaxın Faiq Ağayev aparıcılara öz iradını bildirib.

Belə ki, o, efirdə ailə-məişət problemlərinin işıqlandırılmasının əleyhinə olduğunu vurğulayıb və aparıcı Zümrüd Bədəlovaya xəbərdarlıq edib: 

"ATV-nin Bədii Şurasının üzvü olaraq, sənə xəbərdarlıq edirəm! Mən ailə-məişət mövzularının efirdə danışılmasının əleyhinəyəm. Bunlar mətbəx söhbətləridir. Buna görə də bir il səninlə münasibətimə ara verirəm. Yəqin ki, bir ildən sonra sənə qarşı kinim soyuyar. Bir il mənə zəng etmə".

Xatırladaq ki, Zümrüd müğənniyə 17 yaşında ata olması və 25 yaşında oğlunun olması iddiaları haqda sual verib. Ağayev iddiqları 1999-cu ildə təsdiqlədiyini və bu haqda danışmaq istəmədiyini deyib.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
azxeber.com

1Источники