RU

Üzüm, banan və yemiş: Sevimli meyvələr təhlükəli ola bilər?

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Əksər insanlar meyvələri sağlam qida kimi qəbul etsələr də, bəzi növlərin həddindən artıq istehlakı sağlamlıq üçün risk yarada bilər.

Oxu.Az xəbər verir ki, bu barədə tanınmış rusiyalı endokrinoloq və immunoloq Gülnara Filatova lenta.ru nəşrinə açıqlamasında xəbərdarlıq edib.

Mütəxəssis qeyd edib ki, meyvələr sağlam qida hesab olunsa da, hər zaman və hər kəs üçün eyni dərəcədə faydalı olmaya bilər. Onların istehlakında balans və fərdi xüsusiyyətləri nəzərə almaq vacibdir.

"Hər bir meyvənin yalnız qida dəyəri deyil, həm də miqdarı və insanın orqanizminin vəziyyəti önəmlidir. Xüsusilə üzümə ehtiyatla yanaşmaq lazımdır. Görünüşcə zərərsiz bir qəlyanaltı kimi görünə bilər, amma hətta bir ovuc üzüm mədəaltı vəz və qaraciyər üçün ciddi yük yarada bilər", - deyə həkim vurğulayıb.

Filatovanın sözlərinə görə, üzüm qlükoza və fruktoza ilə zəngin olduğundan qanda şəkərin səviyyəsini kəskin yüksəldə bilər. Bu isə artıq çəki, diabet və prediabeti olan insanlar üçün ciddi risk faktorudur.

Endokrinoloq həmçinin banana diqqət çəkib:

"Banan gündəlik qidaya çevrilib, onu tez-tez qəlyanaltı və ya şirniyyatların faydalı əvəzedicisi kimi qəbul edənlər çoxdur. Lakin banan yüksək qlikemik indeksə malikdir və qanda şəkərin sürətli artmasına səbəb olur. Metabolik pozğunluğa meyilli insanlar üçün həddindən artıq banan əlavə yük yaradır, az hərəkətli həyat tərzi sürənlər üçün isə boş kaloriya mənbəyinə çevrilir".

Filatova əlavə edib ki, bananın yüksək kalium tərkibi böyrək problemləri olan insanlar üçün də risk daşıyır.

Qarpız da həkimin xəbərdarlıq etdiyi digər meyvələr sırasındadır.

"Qarpız tez-tez həddindən artıq yeyilir və qanda qlükoza səviyyəsinin kəskin dəyişməsinə səbəb olur. Onun sululuğu və digər məhsullarla birlikdə qəbulu qarın köpü və həzm narahatlığı yarada bilər. Bu, xüsusilə həssas mədəsi olan və bağırsaq mikroflorasının pozulmasına meyilli insanlarda daha çox nəzərə çarpır", - deyə Filatova bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
104
50
oxu.az

10Источники