RU

Azərbaycanda gələn il dövlət büdcəsi 41 milyard 500 milyon manatdan çox olacaq

BAKI, 16 sentyabr. TELEQRAF

2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin ilkin büdcə göstəricilərinə dair açıqlamasında deyilir.

Məlumata görə, bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2 % və 0,3 % çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun (ÜDM) 2,3 %-i qədər və yaxud 3 milyard 125,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,4 % çoxdur.

Избранный
48
10
teleqraf.com

10Источники