RU

Emin Əmrullayev: "Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hər il xaricdə təhsil üçün 500 tələbəni dünyanın ən yaxşı universitetlərinə göndəririk. Onların təhsili üçün dövlət tərəfindən külli-miqdarda vəsait ayrılır".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.
"Yalnız bu il 150 nəfərdən artıq tələbəmiz dünyanın TOP-10 universitetinə qəbul olub. Hər il təxminən bu rəqəmi təkrarlayırıq. Onların əksəriyyəti qayıdır".
Nazir vurğulayıb ki, xaricdə təhsil proqramı üçün müraciət edənlərin sayı bu il 900-ə yaxın idi:
"Biz 500 nəfəri seçməli idik. Bu prosesdə müsahibələr də aparılır. İstənilən müsahibə müəyyən qədər subyektivdir. Bunun üçün də qəbul prosesini daha da çətinləşdirməyi, ən yüksəksəviyyəli universitetlərə yönəltməyi düşünürük".
Избранный
71
50
oxu.az

10Источники