“Barselona”nın sabiq futbolçusu Erik Abidal sosial mediada onun ölümünə dair yayılan əsassız xəbərlərə reaksiya verib.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.
“Bəzi söz-söhbətlər olmamalıdır. Mən buradayam, ailəmlə birgə — hər şey qaydasındadır. Hörmət əsasdır. Mən sağ və sağlamam. Dəstəyiniz üçün təşəkkür edirəm. Gəlin həqiqətən vacib olan şeylərə fokuslanaq”, —deyə, futbolçu qeyd edib.
Qeyd edək ki, 2011-ci ildə Abidaldan bədxassəli şiş aşkar edilib və ona qaraciyər transplantasiyası əməliyyatı edilib. “Barselona” üçün 193 matçda çıxış edən fransız futbolçu 2 qol vurub və 10 məhsuldar ötürmə edib. 11 sentyabrda Erik Abidal 46 yaşını qeyd edib.