RU

“Uduzduğumuz üçün məsuliyyət bizimdir, amma..."

“Latsio”nun baş məşqçisi Maurisio Sarri Serie A-nın 3-cü turunda “Sassuolo”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib və niyə oyun sonrası mətbuat konfransında iştirak etmədiyini izah edib.

90deqiqe.Az xəbər verir ki, "Lazio Style Radio"  çalışdırıcının fikirlərini belə çatdırıb:

“Dünənki axşam üçün üzr istəyirəm, amma bəzən insanın ailə ilə bağlı məsələləri olur və onlar mətbuat konfransından daha vacib ola bilər”

O əlavə edib: “Dünən komandamı təşkilatlanmış və oyunun gedişatını nəzarətdə saxlayan gördüm. Rəqibə heç nə vermədik. İlk hissədə üstünlüyümüzdən faydalanmamağımız bizim məsuliyyətimizdir. Müdafiədə yaxşı oyun göstərdik, amma hücumda kifayət qədər imkan yaratmadıq”.

Bu məğlubiyyətdən sonra “Latsio” turnir cədvəlində 3 xalla 12-ci yerdə qərarlaşıb. “Sassuolo” isə eyni xalla cədvəldə üç pillə aşağıdadır.

Избранный
21
90deqiqe.az

1Источники