RU

Böyük Britaniya dənizçilik sektoruna 1,1 milyard funt sterlinqdən çox sərmayə qoyacaq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

London, 15 sentyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti və özəl sektor dənizçilik sahəsinə 1,1 milyard funt sterlinqdən çox sərmayə yatırmağı planlaşdırır.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, sərmayə sahil icmalarında inkişaf və yeni iş yerləri yaradacaq. Xüsusilə mühəndislik, yaşıl texnologiyalar və tikinti sahələrinin bundan faydalanacağı vurğulanıb. Yatırımlara Böyük Britaniya limanlarına 700 milyon funt sterlinq həcmində özəl sərmayə və dəniz daşımalarında emissiyaları azaltmaq üçün 448 milyon funt sterlinq dövlət dəstəyi daxildir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
azertag.az

2Источники