Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
“İlon Mask öz elektrik avtomobil şirkəti “Tesla”nın səhmlərini təxminən 1 milyard dollara alıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Komissiya saytında dərc olunan sənədlərə görə, milyarder 371-396 dollar arasında dəyişən qiymətlərlə 2 milyondan çox aktiv alıb. Nəşrin məlumatına görə, bu əməliyyatdan sonra şirkətin səhmləri birjadankənar ticarətdə 7,3%-ə yüksəlib.
Qeyd edək ki, sentyabrın 5-də agentlik “Tesla”nın Maska yeni təzminat sxemi təklif etdiyini bildirib. Şirkətin bazar dəyəri artarsa, iş adamı misli görünməmiş 1 trilyon dollar qazana bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.