RU

Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı müzakirələrə səbəb olub

BAKI, 15 sentyabr. TELEQRAF

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov növbəti dəfə bahalı aksesuarı ilə diqqət çəkib.

Teleqraf xəbər verir ki, Adam Kadırovun saatı 496 min ABŞ dolları (təxminən 41 milyon rubl) dəyərində olan s Jacob & Co firmasının Epic SF24 seriyasına aiddir.

Bu model 18 karatlıq ağ qızıldan hazırlanıb, üzərində 104 ədəd brilyant yerləşdirilib və safir şüşə ilə qorunan mexanizmə malikdir. Bu seriyadan cəmi 18 ədəd istehsal olunub.

Избранный
47
1
teleqraf.com

2Источники