RU

Ağdamın Xıdırlı kəndinə gedən yol NİYƏ BAĞLIDIR? - Rəsmi açıqlama

Ağdamın Xıdırlı kəndinə gedən yolun bağlanması bu istiqamətdə hərəkət edən sakinlərin narahatlığına səbəb olub.

Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, Xankəndi-Şuşa yolunun üstündə yerləşən bu yol heç bir səbəb göstərilmədən bağlanıb.

"Ölkə.az" xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli yolun bağlı olması faktını təsdiqləsə də, səbəbsiz bağlanması məsələsi ilə razılaşmayıb.

"Sözügedən yol Ağdam-Əsgəran yoludur. Hazırda yolun tikintisi davam edir və bu müddətdə yolboyu müxtəlif təyinatlı tikinti texnikaları işləyir. Təhlükəsizlik baxımından qeyd olunan yolda digər avtonəqliyyat vasitələrinin hərəkəti mümkün deyil.

Bundan əlavə, yol hələ hazır olmadığından, yol hərəkətinin normal təşkili üçün zəruri olan nişanlanma xətləri və müvafiq yol nişanları da quraşdırılmayıb. Bu səbəbdən yolboyu hərəkətin təşkili və təhlükəsizliyi üçün şərait mövcud deyil.

Ağdam-Əsgəran yolunda tikinti işləri başa çatdıqdan, yol hərəkətinin tam təşkili və təhlükəsizlik təmin edildikdən sonra yol avtonəqliyyat vasitələrinin istifadəsinə açılacaq. Onu da əlavə edirik ki, Xıdırlı kəndinə getmək üçün Ağdam şəhərindən alternativ yol mövcuddur. Xahiş edirik, vətəndaşlar bunu nəzərə alsınlar", - deyə A.Nəcəfli bildirib.

Избранный
20
4
olke.az

5Источники