RU

AZAL turizm gününə özəl endirim kampaniyası elan edib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı AZAL turizm gününə həsr olunmuş yeni endirim kampaniyasına start verir. Kampaniya çərçivəsində sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətlərinə aviabiletləri 35 faizdək endirimlə əldə edə bilərlər.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, təklifdən yararlanmaq üçün biletləri 15 – 30 sentyabr 2025-ci il tarixlərində əldə edilməlidir. Endirim 1 – 31 oktyabr 2025-ci il tarixlərində həyata keçiriləcək uçuşlarda 35 faizdək, 1 noyabr 2025 – 17 mart 2026-cı il tarixlərində isə 25 faizdək tətbiq olunur.

Kampaniya AZAL-ın müntəzəm beynəlxalq reyslərində “Ekonom”, “Premium Ekonom” və “Biznes” sinif bilet tariflərinə şamil edilir, lakin vergi və yığımlara aid deyil. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli biletlərin sayı məhduddur və yüksək tələbat dövrü istisna olunur.

Sərnişinlər bu kampaniya çərçivəsində Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən çoxsaylı beynəlxalq istiqamətlərə daha sərfəli şərtlərlə səyahət etmək imkanı qazanırlar. AZAL bütün sərnişinlərini bu fürsətdən yararlanaraq payız və qış mövsümünü unudulmaz səyahətlərlə keçirməyə dəvət edir.

Aviabiletləri rəsmi saytdan, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
34
azertag.az

10Источники