"Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək inkişafı və regional məsələlər haqqında faydalı müzakirəyə görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə dərin təşəkkürümüzü bildiririk".
Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu İsveçin Azərbaycandakı səfirliyinin rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, 2025-2026-cı illər ərzində Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı Əlaqə Nöqtəsi Səfirlikləri rolunu yerinə yetirir.