RU

Anar Məcidzadənin seçilmiş şeirləri

Ədəbiyyat insanın sevinclərini, kədərlərini və ümidlərini bədii sözlə əbədiləşdirən bir sehrdir. Müasir poeziyamızda öz səmimi duyğuları və düşündürücü misraları ilə seçilən Azərbaycan Yazıçılar Birliyinin üzvü Anar Məcidzadə də məhz belə qələm sahiblərindəndir. Onun şeirlərində hər kəs öz həyatından bir parça tapa bilir. Metbuat.az Anar Məcidzadənin bir neçə seçilmiş şeirini oxuculara təqdim edir: Mənim həyatım Yaşamışam həyatımı yaxşı, pis,
Ürəyimdə sevinc olub, qəm olub.
Çatmamışam arzuların çoxuna,
Neçə arzum, istəyim də kəm olub. Bağça-bağım saralıbdır, solubdur,
Payız gəlib yarpağımı yolubdur,
Mənə olan əzəlindən olubdur,
Ağrı, acı saçlarımda dən olub. Çox getmişəm mən fələyin badına,
Alışmışam ocağına, oduna,
Düşməmişəm bu taleyin yadına,
Qəlbim dərdli, gözlərim də nəm olub.
Başım üstə külək əsmiş, yel əsmiş,
Ömrüm-günüm son anına tələsmiş,
Anar, həyat bir ötəri həvəsmiş,
Bu həvəs də bir an olub, dəm olub.
Atılan daş Ruhumu qırmaq üçün
Çoxları daş atdılar.
Atdıqları daş ilə
Baş daşı ucaltdılar. Tanrı verən bu ömrü,
Mən yaşaya bilmədim.
Daşı atan adamlar
Adımı yaşatdılar. Bəlkə də ölməmişdim,
Bəlkə yuxuda idim,
Daşı atan adamlar
Yuxudan oyatdılar.
Sən mənim ən böyük arzum Sənin taleyini yazan Allahım,
Mənim taleyimlə qoşa yazaydı.
Sevgini, sevinci bahara, yaza,
Hicranı, həsrəti qışa yazaydı. Çəkəydim hər zaman nazını sənin,
Nə qüssəm, nə dərdim, qəmim olaydı.
Heç nə istəməzdim Tanrıdan daha,
Yetər ki, gülüşün mənim olaydı. Arzular nə çoxdur, ucsuz-bucaqsız,
Sən mənim ən böyük arzum olmusan.
Elə bir çiçəksən sevgi bağında,
Nə bir saralmısan, nə bir solmusan. Ömür uçub gedən bir quşa bənzər,
O ötən ömür də dönəsi deyil.
Sən olan eşqim – saf məhəbbətim,
Yüz illər ötsə də, sönəsi deyil. Sənin taleyini yazan Allahım,
Mənim taleyimlə qoşa yazaydı.
Sevgini, sevinci bahara, yaza,
Hicranı, həsrəti qışa yazaydı.
Səni unutmadım Bir gözümdə sevinc var,
Bir gözümdə qəm-kədər.
Məndən nigaran olma,
Yaşayaram bir təhər. Özündən muğayat ol,
Özünü qoru, barı.
Əzəlindən yox imiş
Dünyanın etibarı. Düşünmə, unutmuşam,
Baxışın yadımdadır.
Özün uzaqlardasan,
Xəyalın yanımdadır. Hər gün səni düşünüb,
Hər gün səni anıram.
Od-ocağa nə gərək?
Mən hicrana yanıram. Bir gözümdə sevinc var,
Bir gözümdə qəm-kədər.
Məndən nigaran olma,
Yaşayaram bir təhər.
İstəyirəm uşaq olum Ömür gedir axarıyla,
Qocalıram yavaş-yavaş.
Mən yenidən uşaq olub,
Ötən günə dönəydim kaş. Görəydim ki, uşağam mən,
Həyatımda həmin çağdır.
Bu dünyadan köçənlərsə
Ölməyiblər – hamı sağdır. Yaş üstünə yaş da gəlir,
Ötür günlər, ötür zaman.
Solur üzdə gülüşlərim,
Xatirələr vermir aman.

İstəmirəm dünya malın,
Nə xan olum, nə şah olum.
İstəyirəm, a dostlar, mən –
Kaş yenidən uşaq olum.

Избранный
5
1
metbuat.az

9Источники