RU

Ərdoğan: Netanyahunun əsas məqsədi Fələstində qırğını davam etdirməkdir

İsrailin Qətərdə HƏMAS nümayəndələrinə hücumundan sonra baş nazir Benyamin Netanyahunun əsas məqsədi Fələstində qırğını davam etdirməkdir.

Operativ Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, İsrailə qarşı sərt sanksiyalar tətbiq olunmayınca Fələstinin beynəlxalq səviyyədə tanınması nəticə verməyəcək: "Əlbəttə, bəzi ölkələrin Fələstin dövlətini tanımaq niyyəti ilə bağlı bəyanatları müsbət addımdır. Bu, daha əvvəl də edilməli idi. Lakin İsrailə qarşı konkret və sərt sanksiyalarla dəstəklənməyincə, belə addımların nəticə verəcəyi ehtimalı azdır" .

Избранный
28
operativmedia.az

1Источники