RU

Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağı gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı , şimşək çaxacağı ehtimalı var. pizza mizza

Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Telegram kanalımız
Избранный
13
8
yenisabah.az

10Источники