RU

Nepalın ilk qadın baş naziri: “Məni bu vəzifəyə Z nəsli gətirdi”

Ajans.az xəbər verir ki,73 yaşlı Karki, keçid hökumətinin rəhbəri kimi ölkəni seçkilərə qədər idarə edəcək. Onun yeni kabinetində Kalman Qurunq energetika naziri, Rameşor Xanal maliyyə naziri, Om Prakaş Aryal isə daxili işlər naziri vəzifələrinə gətirilib. Jurnalistlərə verdiyi açıqlamada Karki vurğulayıb ki, bu vəzifəni şəxsi istəklə deyil, xalqın çağırışı ilə qəbul edib: “Mən bu vəzifəyə könüllü gəlmədim. Suşila Karkiyə məsuliyyətin verilməsini tələb edən səslər küçələrdən yüksəldi. Bu bir xalq istəyi idi – xüsusilə də gənclərdən, Z nəsli tərəfindən.” Baş nazirin sözlərinə görə, müvəqqəti hökumətin əsas vəzifələri arasında korrupsiyaya son qoymaq, yaxşı idarəçilik, iqtisadi bərabərliyin təşviqi və azad seçkilərin keçirilməsi üçün zəmin yaratmaq dayanır. Nepalda son aylar sosial şəbəkələrə tətbiq olunan məhdudiyyətlər geniş ictimai narazılıq və gənclərin təşkil etdiyi mitinqlərə səbəb olmuşdu. Bu hadisələr nəticəsində əvvəlki hökumət istefa verməyə məcbur qalmış və müvəqqəti hökumət qurulmuşdu.

 

Избранный
71
Ajans.az

1Источники