Havaların gözləniləndən tez soyuması mənzillərə istilik təchizatının vaxtından əvvəl verilməsi ehtimalını gündəmə gətirib.
Hər il istilik təchizatının verilməsi noyabrın 15-nə təsadüf edir. Lakin bu tarix hava şəraiti və istilik təchizatının texniki hazırlığından asılı olaraq dəyişə bilər.
Bəs bu il istilik təchizatı vaxtdan daha tez verilə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı bildirib ki, hazırda istilik təchizatının vaxtından tez verilməsi planlaşdırılmır:
“İstilik mövsümünün başlanma və bitmə vaxtı “İstilik təchizatı haqqında" Qanunda dəqiq göstərilib. Hazırda mövsümün başlanmasına iki ay qalıb. Vaxtından əvvəl istiliyin verilməsi məsələsi isə gündəmdə deyil”.