"Şimali Atlantika Alyansı (NATO) faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir".
7News.Az-ın "Kommersant"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, NATO-nun hərbi əməliyyatlar aparması göz qabağındadır və sübuta ehtiyac yoxdur.
"NATO de-fakto iştirak edir və Kiyev rejiminə dolayı və birbaşa dəstək mövcuddur", - Peskov brifinqdə vurğulayıb.
Xatırladaq ki, sentyabrın 13-də NATO-ya üzv ölkələr "Şərq mühafizi" əməliyyatına başlayıblar. Baş katib Mark Rüttenin sözlərinə görə, bu, alyansın şərq cinahını qorumaq məqsədi daşıyır. Əməliyyatın başlanması sentyabrın 10-da Polşada PUA-larla baş verən insidentə cavab olub. Daha sonra ən azı 19 PUA ölkənin hava məkanını pozub. Polşa tərəfinin məlumatına görə, PUA-lar Rusiyaya məxsus olub. Rusiya Müdafiə Nazirliyi bu faktı təkzib edib. Nazirliyin mətbuat xidməti Polşa ərazisində hər hansı hədəfi vurmaq planının olmadığını vurğulayıb.