AZ

Peskov: NATO Rusiya ilə de fakto müharibə aparır

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Şimali Atlantika Alyansı (NATO) faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir".

Oxu.Az-ın "Kommersant"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, NATO-nun hərbi əməliyyatlar aparması göz qabağındadır və sübuta ehtiyac yoxdur.

"NATO de-fakto iştirak edir və Kiyev rejiminə dolayı və birbaşa dəstək mövcuddur", - Peskov brifinqdə vurğulayıb.

Xatırladaq ki, sentyabrın 13-də NATO-ya üzv ölkələr "Şərq mühafizi" əməliyyatına başlayıblar. Baş katib Mark Rüttenin sözlərinə görə, bu, alyansın şərq cinahını qorumaq məqsədi daşıyır. Əməliyyatın başlanması sentyabrın 10-da Polşada PUA-larla baş verən insidentə cavab olub. Daha sonra ən azı 19 PUA ölkənin hava məkanını pozub. Polşa tərəfinin məlumatına görə, PUA-lar Rusiyaya məxsus olub. Rusiya Müdafiə Nazirliyi bu faktı təkzib edib. Nazirliyin mətbuat xidməti Polşa ərazisində hər hansı hədəfi vurmaq planının olmadığını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
oxu.az

3Mənbələr