RU

Qəbələ bədii gimnastika üzrə "Grace of nature" turnirinə ev sahibliyi edəcək

2025-ci ilin “İdman Paytaxtı” olan Qəbələ bədii gimnastika üzrə “Grace of Nature” turnirinə ev sahibliyi edəcək. Azərbaycan Gimnastika Federasiyasından SİA-a bildirilib ki, gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olunacaq. Yarışda ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər.

Turnir oktyabrın 24-26-da Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.

Избранный
37
5
sia.az

6Источники