RU

“Atamdan kimə azarkeşlik edəcəyini soruşdum, cavab vermədi” “Qarabağ”ın futbolçusu

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade sabah Lissabonda Portuqaliyanın “Benfika” klubuna qarşı keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin start turu oyunundan öncə müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, o, “O Jogo” nəşrinə danışıb. 

Andrade əvvəlcə Çempionlar Liqasında oynamaq xəyalı barədə fikirlərini açıqlayıb: “Qitənin ən nüfuzlu klub turnirində oynamaq uşaqlıq arzumdur. Hər futbolçuya bu cür anlar qismət olmur. Üstəlik, oyun “Da Luş”da (“Benfika”nın ev oyunlarını keçirdiyi arena) keçiriləcək. Çox emosional matç olacaq. Necə reaksiya verəcəyimi bilmirəm. Atam üçün ideal ssenari “Benfika”nın 4:3 hesabı ilə qalib gəlməsi və mənim het-trik etməyim olardı (gülür). Üstəlik, püşkatma zamanı ondan soruşdum ki, kimə azarkeşlik edəcək cavab vermədi, çünki əla atadır (gülür). Əlbəttə, o, hər zaman oğlunun yanındadır”.

O, püşkatmadan öncə “Benfika” ilə düşmək istədiklərini komanda yoldaşları ilə müzakirə etdiyini bildirib: “Əslində, püşkatmadan öncə biz “Benfika”ya düşmək istədiyimizi aramızda müzakirə edirdik. Daha asan rəqib olduğu üçün yox, komandamızın bir çox üzvünün Portuqaliyada oynaması bu müzakirəni yaratdı. Biz həmişə hücum futbolu oynayırıq və topu özümüzdə saxlamağı çox sevirik. Rəqibin kimliyindən asılı olmayaraq bu belədir”. 

Jurnalistin “daha yüksək reytinqli komandaların bəzən “Qarabağ”ı az tanımaları səbəbindən bir qədər yuxarıdan baxdıqlarını düşünürsünüzmü?” sualına Andrade belə cavab verib: “Bu, futbolda baş verən hallardan biridir. Biz iki il öncə “Braqa” ilə düşəndə Portuqaliya kanalları onları favorit sayır və rəqibin bütün mövqelərdə üstün olduğunu deyirdilər. Bununla razılaşmalı idik. Amma o yanaşma bizə motivasiya verdi və oyunlarda xeyrimizə işlədi”. 

25 yaşlı oyunçu komandanın iki mövsüm əvvəl Avropa Liqasında 1/8 finala çıxmasından və ondan sonrakı mövsüm zəif çıxışından da danışıb: “Biz iki il öncə çox uğurlu mövsüm keçirdik. Eqomuz artdı. Daha sonra reallığa baxmalı olduq. Həmin şeylərdən nəticə çıxardıq və dərs aldıq”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
qafqazinfo.az

2Источники