RU

Formula 1 Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək

Bakı, 15 sentyabr, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının İnsan resursları üzrə baş meneceri Lamiyə Şəhmədova Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi üçün Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı ilə bağlı təşkil olunmuş tədbirdə məlumat verib.

O, mərkəzdə 140 nəfərdən çox könüllünün çalışdığını bildirib: “Könüllülərin dəstəyi nəticəsində minlərlə işçi heyəti, marşallar və təhlükəsizlik əməkdaşlarına uniforma və akkreditasiya kartları paylanılır. Yarış günlərinə qədər bu kartların hər biri paylanılacaq”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

 

Избранный
10
9
azertag.az

10Источники