Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi zamanı iki min könüllü müxtəlif sahələrdə fəaliyyət göstərəcək.
90deqiqe.Az-ın məlumatına görə, Bakı Şəhər Halqasının İnsan resursları üzrə baş meneceri Lamiyə Şəhmədova Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatında çıxışı zamanı bildirib ki, hazırda mərkəzdə 140-dan çox könüllü çalışır. Onların vasitəsilə minlərlə işçi heyəti, marşallar və təhlükəsizlik əməkdaşlarına uniforma və akkreditasiya kartları paylanır. Yarış günlərinə qədər bütün kartların paylanması tamamlanacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19–21-də paytaxt Bakıda baş tutacaq.