RU

Dubayda şirniyyat və qəlyanaltı sektoruna həsr olunmuş beynəlxalq sərgiyə start verilib

Qahirə, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Dubayda “ISM Yaxın Şərq 2025” sərgisi işə başlayıb. Bölgədə şirniyyat və qəlyanaltı sektoruna həsr edilmiş yeganə tədbir hesab olunan sərgi sentyabrın 17-dək davam edəcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, builki tədbirə 66 ölkədən 700-dən çox iştirakçı qatılıb. Sərgidə Avstraliya, Kosta-Rika, Xorvatiya, Çexiya, Macarıstan, Qazaxıstan, Kosovo, Lüksemburq, Meksika və Portuqaliyadan, eləcə də Çin, Yunanıstan, Hindistan, Mərakeş, Polşa, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirirlər.

Hazırda Asiya-Sakit Okean, Yaxın Şərq və Afrika bölgələri şirniyyat və qəlyanaltı bazarlarında ən sürətlə inkişaf edən dünya bazarlarının siyahısında ön sıradadır. Proqnozlara görə, bu bazarlarda şirniyyat və qəlyanaltı satışları 2025-ci ilin sonuna qədər təxminən 389,8 milyard ABŞ dollarına çatacaq ki, bu da Avropa və Şimali Amerikada satış həcmini geridə qoyacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Избранный
14
1
azertag.az

2Источники