RU

Ohanyan Bakı ilə razılaşmaya qarşı çıxdı: Hakimiyyət dəyişikliyindən sonra...

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ermənistanın keçmiş müdafiə naziri, hərbi cinayətkar Seyran Ohanyan ölkəsində mümkün hakimiyyət dəyişikliyindən danışıb.

Teleqraf xəbər verir ki, o, hazırkı hökumətin Azərbaycanla apardığı sülh danışıqlarına və iki ölkə arasında əldə edilmiş razılaşmalara qarşı olduğunu bildirib.

“Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sülh müqaviləsi ilə bağlı danışıqlar yenidən aparılacaq”, - Ohanyan qeyd edib.

Xatırladaq ki, Seyran Ohanyan 1990-cı illərdə Azərbaycan ərazisinin işğal edilməsinin və bu zaman baş verən saysız hərbi cinayətlərin müəlliflərindən biridir. Onun barəsində Azərbaycanda soyqırımı, əhalini məcburi köçürmə və digər hərbi cinayətlər üzrə iş açılıb. Ohanyan Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsinda birbaşa iştirak edib. Bunlar ən müxtəlif müharibə cinayətləri - insanların öldürülməsi, mülki obyektlərin məhv edilməsi, vandalizm, talan, separatizm dağıntılar və sair epizodlarla bağlıdır.

Azərbaycan artıq Ermənistanda baş verə biləcək mümkün hadisələrin sülh prosesinə pozucu təsirləri və bunun nəticələri barədə xəbərdarlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
2
sherg.az

10Источники